Milli Strategiyanın hazırlanmasının 3 mərhələdə həyata keçirildiyi bildirilib
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə “Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması” ilə bağlı Əlaqələndirmə qrupunun video iclası keçirlib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən AYNA-ya bildirilib ki, iclasda bir sıra dövlət qrumlarının və nazirliklərin nümayəndələri, eləcə də AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli də iştirak edib.
“Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın yaradılması” və bu strategiyanın hazırlanması mərhələlərinin müzakirə edildiyi iclasda dünya ölkələri üzrə fəlakətlərə dair məlumatların da yerləşdirildiyi veb-sayt təqdim edilib. İclasda müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra təkliflər də verlilib.
AMEA nəzdində RSXM-nin baş direktoru Q.Yetirmişli Milli Strategiyanın hazırlanmasında iştirak edən dövlət qurumlarının birgə iş aparmasının vacibliyini önə çəkib. Baş direktor FHN ilə RSXM arasında birgə işlərin aparıldığını qeyd edərək, Əlaqələndirmə qrupunda təmsil olunan digər dövlət qurumlarının da birgə əməkdaşlığa cəlb olunmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, birgə əməkdaşlıq nəticəsndə daha real göstəricilər əldə olunacaq.
İclasda Senday Çərçivə Sənədinə dair Milli Strategiyanın hazırlanmasının 3 mərhələdə həyata keçirildiyi bildirilib. Həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.