"/>

Fatih Terimin qızı atasından yazdı: <font color=red> "Sən sağalanda günəş doğacaq"</font>

İdman

30.03.2020 - 17:47

 Fatih Terim martın 23-dən xəstəxanda malicə alırdı

 

Türkiyənin “Qalatasaray” klubunun Covid19-a yoluxmuş baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb. 

 

AYN Türkiyə mediasına istinadən xəbər verir ki,  67 yaşlı mütəxəssis bundan sonra evində 14 gün müddətində karantin vəziyyətində qalacaq və müalicəsini davam etdirəcək. 

 

Fatih Terimin evə buraxılmasının ardından qızı Busə Terim sosial media hesabından bunları yazıb: "Allaha şükür atam evə buraxıldı. Son yazımda " Sən sağalanda günəş də doğacaq" yazmışdım. Bu gün atam çıxdı və günəş açıldı. İndi istirahətini davam etdirməyə və evdə təcrid olunmuş vəziyyətdə müalicə etməyə davam edəcəkdir. Bu müddətdə tanıdığım, həqiqətən bizimlə olan, zəng edən, soruşan, mesaj yazan, sosial mediadan xoş arzularını göndərən və dua edən hər kəsə təşəkkür edirəm".

 

"Bu xəstəliklə mübarizə aparan bütün xəstələrə güc və şəfa diləyirəm. Bu müddətdə öz həyatlarını riskə ataraq çalışan bütün tibb işçilərinə güc diləyirəm. Bilirəm ki, bundan sonra mənim üçün heç nə eyni olmayacaq. Hər gün sahib olduqlarımın, ailəmin və sağlamlığımızın dəyərini biləcəyəm və özümə xatırladacağam. Siz də elə edin!”, - deyə B.Terim bildirib.

 

Qeyd edək ki, Fatih Terim martın 23-dən xəstəxanda malicə alırdı. 

Müəllif: Ayna.az