Faktiki hava açıqlanıb

Cəmiyyət

18.01.2021 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb

 

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib.

 

Xidmətdən AYNA-ya verilən məlumata görə, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

 

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/san olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.


Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş