"Facebook"un işində problem yaranıb

Xəbərlər

10.10.2020 - 02:17

İstifadəçilərin 53 faizi xəbər lentinin yenilənməsindən şikayətlənib

 

Bu gün bəzi ölkələrdə Feysbukla bağlı problem yaranıb. AYNA xəbər verir ki, problemin səbəbi internet mənbələrinin işini izləyən “Downdetector” xidmətindən qaynaqlanıb. 

 

Bundan ən çox İngiltərə, ABŞ, Macarıstan və Hollandiyadakı istifadəçilər əziyyət çəkib. 

 

İstifadəçilərin 53 faizi xəbər lentinin yenilənməsindən, 23 faizi isə sosial şəbəkəyə girişdən şikayət edib. Digərləri isə "Facebook"un işinin tamamilə dayandığını bildirib.

Müəllif: Ayna.az