Əziz Orucovun həbs müddəti uzadılıb

Xəbərlər

25.06.2024 - 16:09

cedabet dərman SEO Xidməti

"Kanal13" internet televiziyasının rəhbəri barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. AYNA xəbər verir ki, bu barədə "Report"a onun vəkili Fəxrəddin Mehdiyev bildirib.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş