Əvvəllər məhkum olunmuş şəxsdə heroin aşkarlandı

Xəbərlər

21.12.2021 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Axtarış zamanı ondan metamfetamin və heroin aşkarlanaraq götürülüb

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əlməmmədov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarış zamanı ondan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş