Evində narkotik gizlədən şəxs saxlanılıb

Xəbərlər

15.02.2022 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Qurudulmuş marixuana maddi sübut kimi götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən xəbərə görə, keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Eyyuvobun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş