Evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub

Xəbərlər

02.12.2024 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib.

Qeyd olunub ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az