Klub yoxsulluqdan əziyyət çəkən ailələr üçün yardım kampaniyası həyata keçirir
Bir müddət əvvəl karantində insanları əyləndirmək və maarifləndirmək məqsədiylə “Facebook” üzərindən fəaliyyət başlayan və yarandığı gündən diqqətləri öz üzərinə cəlb edən “Evdar Kişilər Klubu” adlı qrup, bu dəfə xeyirxah addımları ilə gündəmə gəlib. AYNA xəbər verir ki, klub hal-hazırda karantin dövrünə görə, işlərini itirən və yoxsulluqdan əziyyət çəkən ailələr üçün yardım kampaniyası həyata keçirir və gündəlik olaraq yüzlərlə ailənin köməyinə çatır.
Qrupun təsisçisi Vəfadar Babayev yardım kampaniyasına necə başladıqlarından danışıb: “Karantin rejimində insanlara faydalı olmaq üçün belə bir qrup açdıq və fəaliyyətə başladıq. Sonradan isə kimsəsiz və ehtiyaclı insanları nəzərə alaraq yardım kampaniyasına start verdik. Çünki dövlətlə bərabər, insanlar da biri-birinə yardım əlini uzatmalıdır”.
Qeyd edək ki, hazırda çox sayda insan könüllü olaraq kampaniyaya qoşulub.