Etirazçılar Almatıda prezident iqamətgahını yandırıblar - VİDEO

Dünya

05.01.2022 - 16:17

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir

Qazaxıstanda etirazçılar ölkə Prezidentinin Almatı şəhərindəki iqamətgahını ələ keçiriblər.

AYNA xəbər verir ki, bu barədə məlumatı “Zakon.kz” portalı yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan sözügedən iqamətgahda yanğının başladığını görmək mümkündür.

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir. Etirazçılar daha əvvəl administrasiyanın binasına daxil olmuşdular. Aksiya iştirakçıları binaya daxil olandan sonra burada yanğın baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş