Estoniyadan Aİ-yə çağırış: gürcülərin vizasız gediş-gəlişi dayandırılsın!

Dünya

04.04.2025 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

Estoniyanın XİN başçısı NATO ölkələri nazirlərinin toplantısından əvvəl çağırış edib

Estoniya Avropa İttifaqını (Aİ) ölkə hakimiyyətinin siyasətinə cavab olaraq Gürcüstanla vizasız rejimi ləğv etməyə başlamağa çağırıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü başlamazdan əvvəl deyib.

Brüssel uzun müddətdir ki, vizasız gediş-gəlişin dayandırılmasının Gürcüstanın demokratik geri çəkilməsinə cavab ola biləcəyi barədə xəbərdarlıq edir. İlk dəfə bu cür məlumatlar 2024-cü ilin yazında Gürcüstanda “Xarici agentlər” haqqında qanunun tətbiqindən sonra mediada yer alıb. Daha sonra Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Brüsseldə müvafiq müzakirələrin aparıldığını, lakin “heç kim Aİ dəyərlərinə sadiqliyini ifadə edən, Tiflis küçələrində Gürcüstan və Avropa şəhərlərinin bayraqları ilə dayanan insanları cəzalandırmaq istəmir” deyib.

2025-ci ilin əvvəlində Aİ Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırıb. Diplomatlar, məmurlar və onların ailə üzvləri indi Aİ ölkələrinə yalnız 180 günlük müddət ərzində 90 günə qədər olan qısamüddətli vizalarla daxil ola bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş