Estoniya Rusiya ilə sərhədi keçmək qaydalarını sərtləşdirəcək

Dünya

19.07.2024 - 16:28

Həkimlər Klinikalar SEO Xidməti

Luhamaa keçidin piyadalar üçün bağlanması təklif edilir

Estoniya Maliyyə Nazirliyi hökumətə Rusiya ilə sərhədi keçmə qaydalarını daha da sərtləşdirmək planını təqdim edib. Bu barədə AYNA Avropa mediasına istinadən bildirir.

“Cənub-Şərqi Estoniyanın avtomobil-sərhəd buraxılış məntəqələri vasitəsilə dövlət sərhədini keçmək və yükləri yalnız gündüz saatlarında keçirmək mümkün olacaq. Luhamaa keçidin piyadalar üçün bağlanması təklif edilir”, - deyə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Təklifə əsasən, Koidulada (Kuniçina-Qoranın Rusiya tərəfində) sərhəd-keçid məntəqəsi səhər saat 5-dən axşam saat 22-dək açıq olacaq, malların gömrük rəsmiləşdirilməsi isə səhər saat 7-dən axşam 19-a qədər mümkün olacaq. Dəyişiklik Koiduladakı dəmir yolu keçid məntəqəsinə təsir etməyəcək.

Luhamaa keçid məntəqəsinin (Şumilkinonun Rusiya tərəfində) saat 7:00-dan 19:00-a qədər açıq qalması təklif edilir. Amma piyadalar üçün tamamilə bağlı olacaq.

Məhdudiyyətlər sanksiya tətbiq edilən mallara nəzarətin gücləndirilməsi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılır.

“Sərhəd-keçid məntəqələrində iş rejiminə yenidən baxılması Estoniya dövlətinin 2022-ci ilin aprelində təsdiq etdiyi Rusiya ilə iqtisadi əlaqələrin minimum səviyyədə saxlanması prinsipindən, eləcə də ötən il qəbul edilmiş sanksiyalar siyasətindən irəli gəlir”, - deyə maliyyə naziri Mart Vırklaev bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş