Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinir
Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Ermənistana qayıdarkən İrəvanın Zvartnots hava limanında saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, konsul Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.
Onun üzərindən bir neçə sənəd tapılıb. Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterlər və sənədlər yoxlanılıb.
Bildirilib ki, hadisə bir neçə ay əvvəl baş verib, lakin böyük qalmaqala səbəb ola biləcəyi üçün konsulun həbsi ilə bağlı məlumatların açıqlanmamasına qərar verilib.