Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Dünya

11.05.2024 - 14:20

Tiqran Urixanyan barəsində cinayət işi açılıb

Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Daha əvvəl T.Urixanyan İrəvan Ağsaqqallar Şurasına seçilib. Sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş