Ermənistanda zəlzələ olub: Ordubadda 3 baladək hiss edilib

Dünya

15.07.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Yeraltı təkanlar Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub

Ermənistanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib.

Yeraltı təkanlar Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş