Ermənistanda Metsamor AES-in fəaliyyəti bərpa edilib

Dünya

14.07.2025 - 14:34

AES planlaşdırılmış vaxtdan bir gün əvvəl şəbəkəyə qoşulub

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti bərpa edilib və yenidən ölkənin elektrik şəbəkəsinə qoşulub. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, AES planlaşdırılmış vaxtdan bir gün əvvəl şəbəkəyə qoşulub.

Xatırladaq ki, köhnəlmiş Metsamor AES-in region üçün təhlükə yaratdığı məsələsi beynəlxalq səviyyədə dəfələrlə qaldırılıb.

AES 1970-ci ildə seysmik zonada tikilib. Stansiya qəzalı vəziyyətdədir. O Cənubi Qafqazda təhlükəsizliyi təhdid etməklə yanaşı, ətraf mühiti də çirkləndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş