Ermənistanda iki adamdan biri kasıbdır – Yoxsulluq səviyyəsi 60 faizi ötüb

Dünya

04.12.2022 - 15:28

İqtisadçı: “İnsanlar acdırlar, çılpaqdırlar, yerlərdə yatırlar”

İlin əvvəlindən Ermənistana Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən 300 mindən çox vətəndaş gəlib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə iqtisadçı Tatul Manaseryan deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın ümumi əhalisinin 10 faizini təşkil edir: “Bu, ikirəqəmli artıma təsir göstərməyə və təmin etməyə və vergi daxilolmalarının artımına təsir etməyə bilməz”.

“Biz belə şəraitdə yoxsulluğun səviyyəsini azalda bilirikmi? Əlbəttə, yox. İlin sonuna kimi yoxsulluğun səviyyəsi 42 faizə çatacaq. Bu, dəhşətli rəqəmdir. İnsanlar acdırlar, çılpaqdırlar, yerlərdə yatırlar. Ermənistanda iki nəfərdən biri kasıbdır”, - Manaseryan vurğulayıb.

İqtisadçı vurğulayıb ki, yoxsulluq səviyyəsinə görə antirekord Şirak bölgəsinə məxsusdur və bu göstərici 60 faizi ötüb: “Büdcə məşğulluğu stimullaşdırsa, işsizliyi azaltsa, iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlasa, bunu təqdir etmək olar”.

Müəllif: Ayna.az