Ermənistanda II Qareginə qarşı cinayət işi açıla bilər

Dünya

23.01.2026 - 20:05

Araşdırılan iş Müqəddəs Taxt-tacın fondundan Mane Qazaryana ayrılan mənzillə bağlıdır

Ermənistanın hüquq-mühafizə orqanları bütün ermənilərin katolikosu II Qareginə qarşı çirkli pulların yuyulması ittihamı ilə yeni cinayət işi hazırlayır. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İstintaq Komitəsi tərəfindən araşdırılan iş Müqəddəs Taxt-tacın fondundan "Şoqhakat" televiziya şirkətinin direktoru Mane Qazaryana ayrılan mənzillə bağlıdır.

Hüquq-mühafizə orqanları hesab edir ki, bu əmlakın sonradan satılması II Qaregin tərəfindən törədildiyi iddia edilən cinayət fəaliyyəti kimi qiymətləndirilir.

Qazaryan artıq şahid kimi dindirilib və İstintaq Komitəsinə çağırıldığını təsdiqləyib. O işi əsassız və televiziya kanalının fəaliyyəti ilə əlaqəsiz hesab etdiyini bildirib.

Prokurorluqdan məsələ ilə bağlı rəsmi şərh verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş