Hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlanıb
Ermənistan silahlı qüvvələrinin əsgəri Edqar Aleksanyanın ölümü ilə bağlı başlanılan cinayət işi üzrə onun xidmət yoldaşı saxlanılıb.
AYNA xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl Ermənistanın müdafiə nazirliyi məlumat yayıb ki, sentyabrın 2-də səhər saatlarında hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlanıb. İlkin məlumata görə, çənə nahiyəsində atəşi hərbçi özü açıb.