Cinayət təqibinə xitam verilməsi barədə vəsatət təmin edilib
2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, Ermənistan İstintaq Komitəsi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurorluğa vəsatət verib və vəsatət təmin edilib.