Ermənistanda An-2 təyyarəsi qəzaya uğrayıb

Dünya

19.07.2024 - 15:05

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 2 nəfər ölüb

Ermənistanın Kotayk rayonunda An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib.

“Təyyarə qəzasının olduğunu təsdiq edirəm. Bu, təlim təyyarəsi idi. Müdafiə Nazirliyi pilotların ailə üzvlərinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir”, - Torosyan bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, təyyarə ölkənin Müdafiə Nazirliyinin balansındadır.

Ermənistan Daxili İşlər Nazirliyindən isə bildirib ki, yerli vaxtla saat 9:30-da Kotayk Regional Xilasetmə İdarəsinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə yerli sakindən təyyarənin Yeqvard şəhəri yaxınlığında qəzaya uğraması barədə siqnal daxil olub. Hadisə yerinə əməliyyat qrupu gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş