XİN başçısı: "Konkret addımlar atmaqdan çəkinməməliyik"
Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.
AYNA-nıb APA-ya istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Anadolu" Agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.
“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.