Ermənistan rus hərbçilərini Türkiyə ilə sərhəddən çıxaracaq

Dünya

13.01.2026 - 13:43

İrəvan Axurik keçid məntəqəsini nəzarətə götürməyə hazırlaşır

Ermənistan hakimiyyəti yaxın gələcəkdə Türkiyə ilə Axurik sərhəd keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxaracaq. AYNA.AZ xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Axurik keçid məntəqəsinin Ermənistan tərəfinə təhvil verilməsi qərarı artıq verilib və orada bayraq dirəyi ucaldılıb. Lakin qeyd olunur ki, Rusiya sərhədçiləri hələlik keçid məntəqəsində qalacaqlar.

"Digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsində tikinti işlərinə başlayıb. Birlikdə atılan bu addımlar, eləcə də Axurik keçid məntəqəsinin istifadəyə verilməsi gözlənilən addımlar tərəflərin yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətlərini göstərir", - deyə nəşr qeyd edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş