Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputatlar iştirak ediblər
Ermənistan Parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib.
AYNA erməni mediasına istinadən xəbvər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında təsdiqlənib.
Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputatlar iştirak ediblər.
Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.