Ermənistan məktəblərində zorakılıq hallarının sayı artıb

Dünya

02.02.2026 - 19:42

“Valideynlər əksər hallarda təhsil müəssisəsində əlverişli mənəvi-psixoloji atmosferin olmamasından şikayətlənirlər”

Ermənistanda 2025-ci ildə təhsil müəssisələrində zorakılıq hallarının əvvəlki illərlə müqayisədə artımı qeydə alınıb. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Müfəttişliyinin rəhbəri Vaqarşak Matikyan deyib.

O dəqiq rəqəmlər açıqlamayıb, məlumatların 2024-cü ilə bənzər olduğunu söyləyib.

“Tədqiqatlar göstərir ki, zorakılıq demək olar ki, bütün ölkələrdə mövcuddur və təhsil sistemi inkişaf etdikcə onun formaları da dəyişir. Bu fenomenlə mübarizə Müfəttişliyin məsuliyyətindən kənara çıxdığı üçün məlumatlar digər səlahiyyətli orqanlarla paylaşılır", - deyə o qeyd edib.

Matikyan aydınlaşdırıb ki, 2025-ci ildə onlara daxil olan şikayətlərin əsas hissəsi məktəblərlə bağlı olub: “Valideynlər əksər hallarda təhsil müəssisəsində əlverişli mənəvi-psixoloji atmosferin olmamasından şikayətlənirlər. Daxil olan şikayətlərdən 77-si yoluna qoyulub, 42-si digər qurumlara, əksər hallarda Təhsil və Elm Nazirliyinə və hüquq-mühafizə orqanlarına göndərilib. Hüquq-mühafizə orqanlarına göndərilən şikayətlər təhsil müəssisələrində zorakılıq və ianə toplama halları ilə bağlı olub. Bu, bizim səlahiyyətlərimiz xaricindədir".

Müfəttiş qeyd edib ki, il ərzində ümumilikdə 101 yoxlama aparılıb və ən çox pozuntu ümumi təhsil məktəblərində aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş