Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərini boykot edib

Dünya

29.09.2024 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

İrəvan təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin əsas iclasından da imtina edib

Ermənistan Qazaxıstanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərini və təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin əsas iclasını boykot edib. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Qeyd edək ki, bir həftə əvvəl ölkənin Baş nazir Nikol Paşinyan demişdi ki, İrəvan KTMT ilə münasibətlərdə “geri dönüş nöqtəsi”nə yaxınlaşır.

KTMT-nin hərbi təlimləri sentyabrın 26-da Qazaxıstanın ən böyük şəhəri Almatı yaxınlığında başlayıb. Təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi qulluqçular iştirak edir.

Bu, 2023-cü ilin oktyabrından bəri Ermənistan ordusunun İrəvanla Moskva arasında münasibətlərdə davam edən çatlar fonunda iştirak etmədiyi üçüncü KTMT təlimidir.

Təlimlərin başlandığı gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində KTMT xarici işlər nazirlərinin iclasında iştirak etməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş