Ermənistan kəşfiyyatı: “Xaricdəki ermənilərə seçkilərlə bağlı təzyiqlər edilir”

Dünya

10.03.2026 - 14:43

"Bu hərəkətlərə iş adamları tərəfindən müxalif siyasi qüvvələrə maliyyə və təşkilati dəstək verilməsi daxildir”

Ermənistan Xarici Kəşfiyyat Xidməti bəzi ölkələrdə Ermənistan vətəndaşlarına qarşı təzyiq və qarşıdan gələn seçki proseslərinə müdaxilə ilə bağlı bəyanat yayıb.

AYNA.AZ-ın “Armenpress”ə istinadən məlumatına görə, bəyanatda qeyd olunub ki, “Xarici Kəşfiyyat Xidməti bəzi ölkələrdə müəyyən bir dövlətin xüsusi xidmət orqanları adından çıxış edərək müxtəlif şəxslərin həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olan erməni əsilli şəxslərə və Ermənistan Respublikası vətəndaşlarına təzyiq göstərməyə çalışdıqları və onları Ermənistanda qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətini bildirən müəyyən siyasi qüvvələri dəstəkləmək üçün tədbirlər görməyə təşviq etdikləri barədə kəşfiyyat məlumatları alır”.

Məlumatda vurğulanıb ki, "bu hərəkətlərə iş adamları tərəfindən müxalif siyasi qüvvələrə maliyyə və təşkilati dəstək verilməsi daxildir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş