Erməni əsgəri piyada əleyhinə mina partlayışı nəticəsində yaralanıb
Ermənistan-Azərbaycan sərhədində, Tavuş vilayətinin Voskepar kəndində kilsə yaxınlığında minanın partlaması nəticəsində bir erməni sərhədçi yaralanıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Tavuşdan olan jurnalist Voskan Sarkisyan məlumat verib.
“Voskeparda Surb Asvastatin kilsəsi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində bir sərhədçi əsgər yaralanıb”, Sarkisyan bildirib.
Jurnalist deyib ki, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yaralı əsgəri 2000-ci il təvəllüdlüdür.