Ermənistan atəşkəsi 27 dəfə pozub

Xəbərlər

29.06.2020 - 10:41

cedabet dərman SEO Xidməti

Bir neçə istiqamətdə mövqelərimiz atəşə tutulub

 

Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. AYNA bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin, Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş