Azərbaycan Ermənistandan tam təzminat tələb edir
Ermənistan arbitraj işi üzrə Azərbaycanın iddia sənədini alıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin ofisindən bildirilib.
Qeyd olunub ki, rəsmi İrəvan 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfinin Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya ("Bern Konvensiyası”) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini alıb.
Xatırladaq ki, Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Azərbaycan Ermənistandan tam təzminat tələb edir.