Ermənilərin təxribat cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi

Siyasət

26.03.2022 - 12:11

Ordumuz təxribata cəhd göstərən qanunsuz erməni silahlılarını geri oturdub

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş