“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları saxtadır”

Siyasət

03.10.2020 - 20:25

MN: Ermənilərin təqdim etdiyi danışıqlar bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur

 

“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur”.

 

AYNA xəbər verir ki, bunu MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib:

 

"Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur. Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur".

Müəllif: Ayna.az