Ermənilərin Laçında basdırdığı 122 mina aşkar edilib

Xəbərlər

19.09.2022 - 13:18

cedabet dərman SEO Xidməti

Azad edilmiş ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata  görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş