Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edilib - <font color=red> VİDEO</font>

Siyasət

13.07.2020 - 21:15

​Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

 

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib. 


Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.

Müəllif: Ayna.az