"Ermənistanın dəmir yolunun idarə olunması məsələsi hazırda Rusiya tərəfi ilə müzakirə olunur"
“Ermənistanın dəmir yollarının idarə olunması hazırda Rusiya tərəfi ilə müzakirə olunur”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
"Biz təcili cavab gözləyirik. Layihə böyük əhəmiyyət kəsb edir. Buna görə də bu məsələni müzakirə etməkdən və həll etməkdən başqa alternativimiz yoxdur", - Simonyan deyib.
O əlavə edib ki, bəzi ölkələr bu istiqamətə müəyyən maraq göstərirlər: “Lakin danışıqlar davam edir və hələlik yekun qərar qəbul edilməyib”.