Erməni nazir Moskvada Tovuz döyüşlərini müzakirə edib

Siyasət

23.08.2020 - 18:54

David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb

 

Bu gün Ermənistanın Müdafiə naziri David Tonoyan Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Erməni nazir həmkarına iyulda Azərbaycanla döyüşlərdən sonra bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan dövlət sərhədində və təmas xəttindəki əməliyyat şəraiti barədə məlumat verib.

 

Şoyqu isə bildirib ki, ölkələr tərəfindən sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımlar vacibdir.

Müəllif: Ayna.az