Erməni əsirliyində olmuş Amin: “Yaramı sarıyanda təəccübləndim”

Cəmiyyət

07.01.2021 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Amin Musayev: “Məni sanitar avtomobilində də vururdular. Müəyyən yeri keçdikcə saxlayıb, yenə məni döyürdülər”

 

Bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən mətbuat konfransı keçirilib. AYNA xəbər verir ki, erməni əsirliyindən azad edilmiş hərbi qulluqçu Amin Musayev tədbirdə erməni işgəncələrindən danışıb.

 

AşMusayev qeyd edib ki, əsir düşməkdənsə, ölmək yaxşıdır: “Məni arxadan tutdular. Yaralı idim, təpədən sürüyə-sürüyə aşağı çəkdilər. Mənə nalayiq sözlər işlədirdilər, cavablarını verirdim. Rus jurnalistin məni çəkdiyindən xəbərim yox idi. Məni sanitar avtomobilində də vururdular. Müəyyən yeri keçdikcə saxlayıb, yenə məni döyürdülər. Sonradan huşumu itirdim. Ayılanda xəstəxanada idim. Ona xəstəxana demək olarsa. Həkim sarğıya gələndə səsim çıxanda da vururdu”.

 

“Yeməyi vaxtında vermək söhbəti yox idi. Yeməyi gətirib üstümüzə tullayırdılar. Yeməklər çox vaxt yeyiləsi olmurdu. Qısa müddətdə qayıtmağımı Ali Baş Komandana borcluyam. Hətta qayıtdığım gün belə həkim gəlib yaramı sarıyanda təəccübləndim. Çünki 2-3 gündən bir gəlib sarğımı dəyişirdilər. Amma bu dəfə tez gəlmişdi. Mənə xəstəxana paltarı geyindirdilər. Sonra təyyarəyə mindirdilər. Təyyarə enəndən sonra bildim ki, Bakıdayam. Orada əməliyyatımı səhv etmişdilər. Burada həkimlər yenidən əməliyyat etdilər”, - deyə hərbi qulluqçu vurğulayıb.

 

A, Musayevin sözlərinə görə, ermənilər o qədər qorxaq millətdir ki, məğlub olduqlarını da qəbul edə bilmirdilər: “Orada tibb bacılarından həddindən artıq şiddət görürdüm. İynəni çox qəddar şəkildə vururdular. Əsirlikdə olarkən vurulan iynə nəticəsində əzələm zədələnib: Mən hələ də ayağımı yaxşı hiss etmirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş