Saakyan ciddi xəsarətlər almasına baxmayaraq, tibb müəssisəsinə yerləşdirilməyib
Ermənistan Ordusunun əsgəri “dedovşina”nın qurbanı olub. AYNA erməni mediasına istinadən bildirir ki, Kirovakan rayonundan həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyanın döyülərək öldürülüb.
Qeyd edilir ki, Saakyan ondan əvvəl xidmətə başlamış əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb. O, təhqirlərə yenidən məruz qalmaqdan qorxduğu üçün şikayət etməyib.
Saakyan ciddi xəsarətlər almasına baxmayaraq, tibb müəssisəsinə yerləşdirilməyib. Fakt hüquq-mühafizə orqanlarından gizlədilib. İşgəncələr nəticəsində daxili orqanları parçalanan əsgər ölüb.