Erməni diversantın üzərindən götürülən ləvazimatlar məlum olub

Siyasət

24.08.2020 - 19:29

MN erməni diversantın üzərindən götürülən ləvazimatları açıqlayıb

 

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

 

Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın  üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.

Müəllif: Ayna.az