Erməni deputat toxunulmazlığından məhrum edilə bilər

Dünya

17.12.2024 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Vəkil: “Ovik Ağazaryan barəsindəki cinayət işi Baş nazirin göstərişi ilə qurulub”

2025-ci il yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan əvvəl hakim “Mülki müqavilə” Partiyasının, indi isə müstəqil olan deputat Ovik Ağazaryanın toxunulmazlığının ləğvi təklifi ilə parlamentdə çıxış etmək niyyətindədir. Bundan sonra deputat ya həbs olunacaq, ya da ev dustaqlığına məhkum ediləcək.

AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə deputatın vəkili Akop Çaroyan bildirib. Qeyd edib ki, müdafiə etdiyi şəxsə qarşı cinayət işinin Baş nazir Nikol Paşinyanın şəxsi sifarişi ilə başlandığına əmindir.

Qeyd edək ki, oktyabrın sonunda parlamentdə Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan arasında söz atışması baş verib və az qala əlbəyaxa davaya çevrilib. Bundan sonra Kərəmyan vəzifəsindən azad edilib. Davada iştirak edən deputat Narek Zeynalyan da istefa verib. Ağazaryan istefadan imtina edib: “Mülki müqavilə”ni tərk etdikdən sonra müstəqil deputat kimi fəaliyyət göstərir.

Öz növbəsində Paşinyan bəyan edib ki, Ağazaryan qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə deputat mandatından məhrum edilməlidir.

Hökumət başçısının sözlərinə görə, Ağazaryan dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatların ötürülməsində iştirak edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən “Sputnik Ermənistan”a verilən məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini ehtiva edən məlumatların dərc edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş