Ermak və Umerov hərəkətə keçib

Dünya

29.08.2024 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Kiyev Baydeni Rusiyaya zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq istəyir

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak və Ukraynanın müdafiə naziri Rustem Umerov ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndələri ilə görüşdə Ağ Evi Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmağı planlaşdırırlar. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Ermak və Umerov Vaşinqtona “prioritet hədəflər” siyahısını təqdim etmək niyyətindədir.

Kiyevin fikrincə, həmin hədəflərə zərbələr endirilməsə, “Ukraynaya qarşı hərbi əməliyyatların gedişatını dəyişmək çətin olacaq”.

Əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi etiraf etmişdi ki, Kiyevlə Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində möhkəmlənmək cəhdlərini müzakirə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş