Ərdoğanla Rəisi arasında görüş olub

Dünya

28.11.2021 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə və İran prezidentləri Aşqabadda görüşüblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və və İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci Sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir. Zirvə görüşü zamanı ölkə liderləri İƏT məkanında regional iqtisadi əməkdaşlığın əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaq, həmçinin Türkmənistanın İƏT və onun nizamnamə orqanlarında sədrliyinə yekun vuracaqlar. Sammitin sonunda yekun Bəyannamənin qəbulu gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş