Ərdoğan: “Türkiyə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar üçün ideal yerdir”

Dünya

19.02.2025 - 08:16

Həkimlər Klinikalar SEO Xidməti

“İndi bütün dünya birliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhün əldə olunmasını gözləyir”

“Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllinə dair Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə mümkün danışıqlar üçün ideal məkandır”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Türkiyə qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında mümkün danışıqlar üçün ideal yerdir", - Türkiyə lideri xüsusilə qeyd edib.

Dövlət başçısı bildirib ki, Zelenski ilə görüşdə o, Türkiyənin danışıqlar prosesini davamlı sülhlə başa çatdırmaq üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında “çox sayda günahsız insanın ölümünə və böyük dağıntılara səbəb olan” müharibənin dərhal dayandırılmasının zəruriliyini bəyan edib: “Sülhün əldə edilməsində uduzan yoxdur, indi bütün dünya birliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhün əldə olunmasını gözləyir”.

Eyni zamanda Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Türkiyə üçün əvəzsiz şərtlər olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş