“Demokratik cəmiyyətlərdə mübarizə bəyanatlarla aparılır və heç bir zorakılığa yer yoxdur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda “Hilton” oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən silahlı hücum cəhdini pisləyib.
AYNA.AZ-ın məlumatına görə, Ərdoğan cavab olaraq “X” sosial media platformasında bu barədə paylaşım edib.
"Xüsusilə ABŞ Prezidenti Donald Tramp və onun hörmətli həyat yoldaşı Melaniyanın və digər rəsmilərin zərər görməməsinə şadıq. Demokratik cəmiyyətlərdə mübarizə bəyanatlarla aparılır və heç bir zorakılığa yer yoxdur", - deyə paylaşımda bildirib.