Türkiyə lideri bəzi Qərb liderlərinin Rusiya Prezidentinə qarşı münasibətini tənqid edib
“Vladimir Putin böyük təzyiq altında belə geri addım atacaq siyasətçi deyil”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalına müsahibəsində bildirib.
Ərdoğan “Putinə qarşı çıxan” bəzi Qərb liderlərinin münasibətini də tənqid edib. Türkiyə lideri bu yanaşmanı yanlış sayıb.
“Rusiya kimi dünyanın ən böyük ölkələrindən biri olduğunuz üçün ayağa qalxıb bu cür hücumlara “hə” deyərdinizmi? Bu qeyri-mümkündür”, - Ərdoğan qeyd edib.