Mədəndə həyatını itirənlərin sayı 22 nəfərə çatıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartin vilayətindəki kömür mədənində həlak olanların ailələrinə başsağlığı verib.
AYNA xəbər verir ki, dövlət başçısı həlak olanların ailələrinə səbr diləyib, yaralanaların tezliklə sağalmasını arzu edib. O, səhər Diyarbəkirə səfərini ləğv edərək Bartinə gələcəyini bildirib.
Qeyd edək ki, Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində 22 nəfər həlak olub.