Türkiyə Prezidenti ilə Fransa Prezidenti arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Türkiyə-Fransa münasibətləri, Ukrayna-Rusiya müharibəsi və regional məsələləri müzakirə ediblər.
Ərdoğan iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin müharibənin ədalətli və davamlı sülhlə başa çatması üçün səy göstərdiyini qeyd edib. Onlar həmçinin qeyd ediblər ki, İstanbul prosesini canlandırmaq üçün təmaslar davam edir.
Türkiyə lideri diplomatiyanın sülhə nail olmaq üçün əsas vasitə olduğunu vurğulayıb və Türkiyənin atəşkəsə dəstəyini gücləndirəcəyini bəyan edib. Görüşdə Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyət də müzakirə olunub.