Ərdoğan Macarıstana səfər edib

Xəbərlər

18.12.2023 - 15:06

Türkiyə və Macarıstan prezidentlərinin strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağı gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak edəcək.

Türkiyə və Macarıstan prezidentlərinin strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağı gözlənilir.

Qeyd edək ki, 1923-cü ildə imzalanmış “Türkiyə-Macarıstan Dostluq Müqaviləsi”nin 100-cü ildönümü münasibətilə 2024-cü il Türkiyə və Macarıstanda qarşılıqlı mədəniyyət ili elan olunub. Ərdoğan və Orban bununla əlaqədar Macarıstanda keçiriləcək tədbirlərin açılışını edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş