Ərdoğan: “Hərbi təyyarə qəzası ilə bağlı hərtərəfli araşdırma aparılır”

Dünya

19.11.2025 - 22:56

“Milli Müdafiə Nazirliyi ictimaiyyətə ətraflı açıqlama verəcək”

“Hərbi təyyarə qəzası ilə bağlı hərtərəfli araşdırma aparılır və Milli Müdafiə Nazirliyi ictimaiyyətə ətraflı açıqlama verəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

"Ötən həftə dua və göz yaşları ilə vida etdiyimiz 20 hərbçinin ailələrinə başsağlığı verirəm", - deyə Türkiyə Prezidenti əlavə edib.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi təyyarəsi 11 noyabrda Gürcüstanda qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş