Türkiyə Prezidenti Küveyt, Qətər və Omana rəsmi səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-23-də Küveyt, Qətər və Omana rəsmi səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Burhanəddin Duran bildirib.
Türkiyə lideri adıçəkilən ölkələrlə ikitərəfli münasibətləri və mövcud əməkdaşlığı inkişaf etdirmək üçün görüşlər keçirəcək.
Görüşlərdə regional hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Səfərlər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra sazişlərin imzalanması gözlənilir.